Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Litva Ukraynaya “NASAMS” zenit-raket kompleksləri göndərmək niyyətindədir
Litva Ukraynaya “NASAMS” zenit-raket kompleksləri göndərmək niyyətindədir

Litva hökuməti Ukraynaya hərbi yardım çərçivəsində “NASAMS” zenit-raket kompleksləri göndərmək niyyətindədir.
Reportyor.tv xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda “Facebook”da yazıb.

Qeyd edək ki, Litva lideri ukraynalı həmkarı Vladimir Zelenski ilə NATO-nun 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitinin gündəliyini, Ukraynanın Şimali Atlantika Alyansına və Avropa İttifaqına qəbulu perspektivlərini müzakirə etmək üçün Kiyevə səfərə gedib.
Səfər çərçivəsində Nauseda ölkəsinin iki “NASAMS” zenit-raket kompleksini Ukraynaya ötürmək niyyətində olduğunu bildirib:
“Yaxın zamanda onlar Ukraynaya veriləcək”, - Litva Prezidenti qeyd edib.


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti