Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Azərbaycanla BMTSİT arasında Əməkdaşlıq Çərçivəsi təsdiq edilib
Azərbaycanla BMTSİT arasında Əməkdaşlıq Çərçivəsi təsdiq edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Əməkdaşlıq Çərçivəsi qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyinə isə Əməkdaşlıq Çərçivəsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatına bildiriş göndərmək tapşırılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti