Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Keçən il qarşısı alınan erkən evliliklərin sayı açıqlanıb
Keçən il qarşısı alınan erkən evliliklərin sayı açıqlanıb

Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı alınıb.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Qeyd olunub ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması tədbirləri də nəzarətdə saxlanılmış, həyata keçirilmiş tədbirlərlə hesabat ilində 293 erkən evliliyin qarşısı alınıb.

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilir.

Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.

Şərhlər