Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə "Azərbaycan Dəmir Yolları" QSC (ADY ) bəzi sahələrdə qatarların sürət həddini endirib.
ADY-dən verilən məlumata görə, qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər."Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - ADY-nin məlumatında qeyd olunur.

Oxşar xəbərlər
- 22-07-2023, 11:01
Şuşada Qlobal Media Forumunun açılış mərasimi...
- 24-10-2024, 09:13
Mikro və kiçik sahibkarların “makro” kredit...
- 25-06-2024, 10:42
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - SABAHDAN......
- 31-10-2023, 10:46
Ödənişli yolda sürət həddi TƏYİN EDİLİB - 300...
- 9-04-2025, 11:56
ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə...
Şərhlər