Xacmazda kənd camaatı etiraza QALXDI - Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb - VİDEO
Tarix: 23-06-2020, 22:03
Baxılıb: 571
Google+ Paylaş
Tumblr Paylaş

Xacmazda kənd camaatı etiraza QALXDI - Örüş yerimiz rayon rəhbərliyi tərəfindən satılıb - VİDEO

23-06-2020, 22:03

Reportyor.tv xəbər verir ki, Xaçmaz rayon Xanlıqoba kənd sakinləri Kainat.tv-yə VİDEOMÜRACİƏT ünvanlayıb.
Müraciətdə kənd sakinlərinə məxsus örüş sahəsi yerli məmurlar tərəfindən şəxsi adamlara qanunsuz olaraq satıldığı öz əksini tapib.
Sakinlər iddia edib ki, "islahat aparılan zaman bizim pay torpaqlarımızdan kəsilərək kənd üçün 137 hektar ərazi örüş sahəsi məqsədilə ayrılıb. Amma bu günə kimi biz bu sahədən istifadə etməmişik. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq olduğu üçün, örüş sahəsinin rayon rəhbərləri tərəfindən mənimsənilərək satıldığı üçün çox çətinlik çəkirik. Məcburiyyət qarşısında qalaraq mal-qaramızı sataraq azaldırıq və yaxud kəndən köçüb getmək istəyirik. İnanın ki, yaxın  gələcəkdə kənd sakinlərinin güzaranının pisləşməsinə, maddi rifahının aşağı düşmə təhlükəsi qaçılmazdır. Bu vəziyyət isə yerli məmurları maraqlandırmır. Bizlərin ümid yeri Cənab Prezdentimiz İlham Əliyevdir. Biz Cənap Prezidentimizdən xahiş edirik bizləri yerli məmurların məngənəsindən qurtarın bizlərə yardım edin. Bizlərdə insan kimi yaşaya bilək...!"
Bu barədə rayon rəhbərliyinə, şəxsən Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevə dəfələrlə şifahi və yazılı müraciət etdiklərini də deyən sakinlər, təəssüflər olsun ki, hələdə heç bir əməli tədbir görülmədiyini də bildiriblər.
P.S. Xaçmaz rayon İcra Hakimiyyətinin birinci müavini Bəxtiyar müəllimin yaranmış probıemlə bağlı münasibət isə belə oldu "buna mənim və bizlərin heç bir dəxli  yoxdu, kənd cammatı yalan danışır, örüş torpaqları həmin insanların razılığı ilə keçmiş rəhbərlik tərəfindən Mehman adlı şəxsə 100 illik icarəyə verilib..."
ixa.az
Ətraflı VİDEOMÜRACİƏTDƏ:


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ