Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Bu xəstəxanalar koronavirus xəstələrini qəbul etməyəcək
Bu xəstəxanalar koronavirus xəstələrini qəbul etməyəcək

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə tədbirləri davam etdirilir.
TƏBİB-dən Publika.az-a verilən məlumata görə, görülən əksepidemik tədbirlərin səmərəliliyi nəticəsində, pandemiya xəstəxanalarında olan xəstələrin sayı kifayət qədər azalıb.
Bu səbəbdən, TƏBİB bəzi pandemiya xəstəxanalarının yenidən əvvəlki qaydada fəaliyyət göstərməsi ilə bağlı qərar verib. Belə ki, xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.

Şərhlər