
İranda vəziyyət kritik həddə çatıb. Tehrandan gələn son məlumatlar ölkə rəhbərliyinin tam panika içində olduğunu göstərir. Parlament sədri Məhəmməd Baqer Qalibafın hədəf alınması və strateji raket anbarlarının vurulması ilə bağlı xəbərlər gündəmi silkələyib.
Reportyor.tv xəbər verir ki, yayılan son məlumatlara görə, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Tehrandakı Zəfərəniyə rayonunda sui-qəsd cəhdinin hədəfi olub.
Hələlik rəsmi Tehran hadisənin təfərrüatlarını gizlətməyə çalışsa da, bu xəbər ölkənin siyasi elitasında böyük qorxu yaradıb.
Eyni zamanda, ABŞ-İsrail koalisiyasının Hörmüz boğazı yaxınlığındakı strateji obyektə sarsıdıcı zərbə vurduğu bildirilir.
Məlumata görə, yeraltı anbarda saxlanılan 200-dən çox "Xürrəmşəhr" ballistik raketi bunker dağıdan bombalarla məhv edilib.
Bu zərbə İranın dənizdəki və bölgədəki hücum potensialına vurulan ən ağır zərbələrdən biri hesab olunur.
İran prezidenti Məsud Pezeşkian ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin həlak olması ilə bağlı başsağlığı verib və günahkarların sərt şəkildə cəzalandırılacağını bildirib.
Teleqraf xəbər verir ki, dövlət başçısı məsul şəxsləri ağır qisasın gözlədiyini vurğulayıb.
“Şübhəsiz ki, müqəddəs İran torpağının məzlum, lakin cəsur və mətanətli şəhidlərinin qanına bulaşmış cinayətkar terrorçuları sərt qisas gözləyir”, – deyə prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl İran hakimiyyəti Əli Laricaninin həlak olması ilə bağlı məlumatı təsdiqləmişdi.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






Şərhlər