
ATV-də tanınmış aparıcı Zaur Baxşəliyevin müəllifi və aparıcısı olduğu “Bizimləsən” verilişinin yayımı bu gündən etibarən dayandırılıb.
Reportyor.tv xəbər verir ki, məlumata görə, proqramın bağlanması telekanal daxilində aparılan kadr və layihə dəyişiklikləri ilə bağlı qəbul edilən qərar çərçivəsində reallaşıb.
Aparıcının həyat yoldaşı, televiziya siması Günay Baxşəliyevanın təqdim etdiyi “Sağlam Gün Ay” proqramı ATV-də yayımlanmağa davam edir. Veriliş sağlamlıq və həyat tərzi mövzularına həsr olunaraq öz tamaşaçı auditoriyasını qoruyub saxlayır.
Eyni zamanda cütlüyün birgə təqdim etdiyi və tamaşaçılar tərəfindən sevilən “Zaurla Günaydın” proqramının da yenidən efirə qayıdacağı bildirilir.
Məlumat üçün bildirək ki, son dövrlər ölkədə fəaliyyət göstərən özəl telekanallarda proqram siyasətinin yenilənməsi, yeni layihələrin hazırlanması və mövcud verilişlərin formatının dəyişdirilməsi istiqamətində addımlar müşahidə olunur. Bu baxımdan “Bizimləsən” verilişinin bağlanması da ümumi dəyişiklik prosesinin bir hissəsi kimi qiymətləndirilir.
Musavat.com






Şərhlər