www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)
İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)
"Helloza" musiqisinin məşhur ifaçısı neçə maliyyə rəisi oldu - Əlnazim Quliyev kimdir?
TƏCİLİ!Tərtərdə sahibkarlar icra başçısına qarşı AYAĞA QALXDI - Etiraz (VİDEO)
TƏCİLİ!Tərtərdə sahibkarlar icra başçısına qarşı AYAĞA QALXDI - Etiraz (VİDEO)
İcra başçısı aranı qatı - İsmayıllıda namizədin şəkilləri çırılıb zibilliyə atılır(İDDİA)
İcra başçısı aranı qatı - İsmayıllıda namizədin şəkilləri çırılıb zibilliyə atılır(İDDİA)
11-12-2019, 16:31

“Texnikabank”ın keçmiş rəhbəri ittihamlara cavab verdi, qarşı tərəfi şantajçı adlandırdı

“Texnikabank”ın keçmiş rəhbəri ittihamlara cavab verdi, qarşı tərəfi şantajçı adlandırdı

Etibar Əliyev: "Pərviz Hacıyev məsuliyyətdən yayınmaq, məhkəmə qərarlarını icra etməmək üçün şantajla məşğuldur”

Fəaliyyəti dayandırılmış "Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin adı yeni qalmaqalda hallanır. 

Bu barədə Gununsesi.org yazıb. Sayt bildirir ki, vaxtilə MTN  tərəfindən həbs edilmiş Etibar Əliyev azadlığa çıxdıqdan sonra yenidən aktiv biznes fəaliyyəti ilə məşğul olub.

Xüsusilə, balıqçılıq və dərman biznesinə girən iş adamı son illər ərzində böyük maliyyə vəsaitləri əldə edə bilib. Ancaq onun bu işdə uğurlarına dəstək olan bəzi şəriklərinə qarşı ədalətsizlikləri də üzə çıxıb.

Saytın məlumatına görə, hazırda ortaqları ilə ciddi çəkişmə yaşayan E.Əliyevin onların haqqını verməmək üçün müxtəlif üsullara əl atdığı iddia edilir.

"Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Etibar Əliyevlə əlaqə saxlayıb. Sabiq bankir deyib ki, adını bu işlərdə hallandıran "Aqroinvest və İstehsalat” şirkətinin keçmiş əməkdaşı Pərviz Hacıyevdir: "Məsuliyyətdən yayınmaq, məhkəmə qərarlarını icra etməmək üçün şər, böhtan, şantajla məşğuldur. "Bezsovestnıy” uşaqdır, dələduzluq faktlarına görə 6 ay əvvəl "Aqroinvest”dən uzaqlaşdırıldı. Oradan oğurladıqlarını qaytarmamaq üçün belə edir. Orada direktor idi, sonra da təsisçilər onu çıxarıb rədd elədilər. İndi onun haqqında cinayət işləri, məhkəmə qərarları var. Bir-bir icra etməyə başlayıb”.  

Etibar Əliyev deyib ki, məsələ ilə bağlı "Aqroinvest və İstehsalat” şirkəti də məlumat yayıb. Həmin məlumatda bildirilir ki, şirkətə qarşı törətdiyi çoxsaylı dələduzluq əməllərinə görə hüquq-mühafizə orqanları tərəfindən Pərviz Hacıyev barəsində istintaq araşdırması aparılır və bir neçə epizod üzrə də törətdiyi dələduzluq əməllərinin sübuta yetirildiyi məhkəmə qətnamələri mövcuddur. Pərviz Hacıyev istintaqdan yayındığına, məhkəmə qərarlarını yerinə yetirməkdən boyun qaçırdığına görə barəsində axtarış elan edilib.

Şirkətin yaydığı məlumatda həmçinin bildirilir: "Aqroinvest və İstehsalat” şirkəti bəyan edir ki, Pərviz Hacıyev tərəfindən məqsədli şəkildə mətbuata ötürülmüş bu məlumatların Etibar Əliyevlə heç bir əlaqəsi yoxdur və bizim şirkətin də Etibar Əliyevlə hər hansı bağlılığı yoxdur. Bəyan edirik ki, Pərviz Hacıyev tərəfindən tirajlanan bu cür qərəzli informasiyalar əslində istintaq və məhkəmə orqanlarına təzyiq və təsir etmək məqsədi daşıyır və eyni zamanda ictimai rəyi çaşdırmaq niyyəti güdülür. Biz çox hörmətli media orqanlarına səslənərək bu cür dələduzlara tribuna verilməməsinə və törətdiyi əməllərə görə ədalət mühakiməsi qarşısında cavab verməsinə maneçilik törədilməməsinə çağırırıq”.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Ağcabədi sakinləri prezidentdən yalvararaq kömək istəyir-FOTOLAR
Ağcabədi sakinləri prezidentdən yalvararaq kömək istəyir-FOTOLAR
Salyanda polis qıza təcavüz edibmi? — RƏSMİ AÇIQLAMA
Salyanda polis qıza təcavüz edibmi? — RƏSMİ AÇIQLAMA
İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)
İcra başısı və müavini deputat seçir - Şirvanın Olimpiya İdman Kompleksindən MİLLİ MƏCLİSƏ GEDƏN YOL(VİDEO)
"Helloza" musiqisinin məşhur ifaçısı neçə maliyyə rəisi oldu - Əlnazim Quliyev kimdir?
Ata 1 yaşlı oğlunu öldürdü - DƏHŞƏTLİ OLAY
Ata 1 yaşlı oğlunu öldürdü - DƏHŞƏTLİ OLAY
Azərbaycanlı rəqqasə:
Azərbaycanlı rəqqasə: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi" - FOTO
İranda sərnişin təyyarəsi avtomobil yoluna enib - VİDEO
İranda sərnişin təyyarəsi avtomobil yoluna enib - VİDEO
Bakıda mənzildən 70 min dollar oğurlayan dəstə üzvləri barəsindəki hökm ləğv edilib

Azərbaycanda poçt müdiri ailə üzvləri ilə birgə öldü – DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI
Azərbaycanda poçt müdiri ailə üzvləri ilə birgə öldü – DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI