Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı yanır - FOTO - VİDEO - YENİLƏNİB
Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı yanır - FOTO - VİDEO - YENİLƏNİB

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.
APA-nın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib. 
Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.  
***
23:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. 
FHN-dən APA-ya verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
 





1 / 8






Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti