www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Xəbərlər>Baş xəbər / Bölgə
11-01-2020, 08:38

“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO

“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO

Laçın köçkünü Baxışovlar ailəsi toplu intihara hazırlaşır.

Bu barədə Ovqat.com-a ailənin üzvü Ünsiyyət Baxışov məlumat verib.

Onun sözlərinə görə, qardaşı Müqabil Baxış oğlu Laçın icra başçısı Aqil Nəzərlinin rayon təhsil şöbəsinin müdiri Nicat Həsənovun zülmünə dözməyərək intihar edib.

Şikayətçi iddia edir ki, 2016-cı ildə icra başçısı təyin olunarkən Aqil Nəzərlinin atdığı ilk addım Baxışov Müqabil Baxış oğlunu şərlədərək tutdurması olub. 4 il müddətinə azadlıqdan mərhum olunan Müqabil Baxışov 1 il 1 aydan sonra president İlham Əliyevin Fərmanı ilə əfv olunaraq azadlığa buraxılır. Fəqət Müqabil Baxışovun problemi bununla bitmir. Qanunsuz olaraq çıxarıldığı işə geri qaytarılmayan Baxışov çarəni intiharda görür.

"Dəfələrlə icra başçısına müraciət etməsinə baxmayaraq, işlə təmin olunmayan qardaşım susdurulmağa çalışılmış, əks halda yenidən həbslə təhdid edilmişdir”.

Ünsiyyət Baxışovun bildirdiyinə görə, Müqabillə yanaşı onun ailə üzvləri də təhdidə məruz qalmışlar. Nəticədə Müqabil ötən ilin dekabr ayının 6-da özünə qəsd etmişdir.

Ailənin şikayətlərinə isə baxan yoxdur və onlar indi də təhdidlərə, təzyiqlərə məruz qalırlar. Onlar ölkə başçısı İlham Əliyevə və I vitse-prezident Meriban xanıma saytımız vasitəsilə üz tutaraq bəyan ediblər: "Bizi Aqil Nəzərli zülmündən xilas edin!”

Əks halda ailənin bütün üzvlərinin toplu şəkildə intihar edəcəyini bildirən Baxışovlar başqa çıxış yolu görmürlər.

Ailənin ağbirçəyi Pərişan xanım da oğlunun iki tələbə uşağı olduğunu bildirərək, dövlətdən oğlunun qanının yerdə qalmamasını və onlara kömək edilməsini istəyib.

Saytımızın əməkdaşının ailədən aldığı video-müraciəti təqdim edir.

Videonu aşağıdakı şəkilə tıklayaraq izləyə bilərsiniz:

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR