Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İrana minlərlə əsgər yeridilir - Müharibənin quru mərhələsi BAŞLAYIR
İrana minlərlə əsgər yeridilir - Müharibənin quru mərhələsi BAŞLAYIR

ABŞ prezidenti Donald Trampın administrasiyası hərbçilərin İrana qarşı əməliyyatın yeni mərhələsinə hazırlaşması fonunda Yaxın Şərqə daha minlərlə amerikalı əsgər göndərmək imkanlarını nəzərdən keçirir.

Reportyor.tv xəbər verir ki, "Reuters" agentliyi bu barədə amerikalı rəsmilərə və vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, Tramp administrasiyası İranda quru əməliyyatının genişləndirilməsi variantlarını da müzakirə edir.

"Reuters" qeyd edir ki, nəzərdən keçirilən variantlardan biri Hörmüz boğazı üzərində nəzarətin bərqərar edilməsini nəzərdə tutur. Buna əsasən dəniz və hava qüvvələri vasitəsilə nail olunması planlaşdırılsa da, boğazın sahil xəttini ələ keçirmək üçün quru qoşunlarına ehtiyac duyulacaq.

İkinci variant isə Fars körfəzində yerləşən və İranın neft ixracının 90%-ni təmin edən Xark adasının zəbt edilməsidir.

Lakin bu seçim olduqca riskli hesab olunur. Çünki ada İranın raket və PUA-larının hədəfindədir, həmçinin ABŞ cəmiyyətində İrana qarşı müharibənin populyar olmaması administrasiyanın daxili siyasi mövqeyini çətinləşdirə bilər. Bundan əlavə, İrandakı yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi qüvvələrin yerləşdirilməsi də müzakirə mövzusudur.

Gələn həftə regiona 2000 nəfərlik dəniz desantından ibarət ekspedisiya korpusunun gəlişi gözlənilir, lakin rəsmi Vaşinqton hazırda əlavə qüvvələrin göndərilməsini planlaşdırır. Ağ Ev təmsilçisi bildirib ki, hazırda quru qoşunlarının göndərilməsi ilə bağlı qəti qərar verilməsə də, prezident Tramp bütün variantları dəyərləndirir.

Donald Tramp daha əvvəl bəyan edib ki, əməliyyat başlayandan bəri ABŞ hərbçiləri İran daxilində 7 mindən çox hədəfə zərbə endirib. O, ölkədə hədəfə alınacaq obyektin qalmadığını və əməliyyatın tezliklə başa çatacağını hesab edir. Ağ Evin proqnozlarına görə, münaqişə yaxın 4-6 həftə ərzində yekunlaşa bilər.

Musavat.com

Şərhlər