Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Qətərdən İranla bağlı SƏRT QƏRAR: 24 saat vaxt verildi
Qətərdən İranla bağlı SƏRT QƏRAR: 24 saat vaxt verildi

Qətər dövləti İranın iki hərbi attaşesini və onların tabeliyində olan əməkdaşları "persona non-grata" (arzuedilməz şəxs) elan edərək, ölkəni tərk etmələri üçün onlara 24 saat vaxt verib.

Musavat.com yazır ki, bu barədə məlumatı əmirliyin Xarici İşlər Nazirliyi yayıb.

Qətər XİN-in mətbuat xidmətinin açıqlamasında deyilir: "İranın hərbi attaşesi və təhlükəsizlik məsələləri üzrə attaşesi, həmçinin onların bütün tabeliyində olan şəxslər "persona non-grata" elan ediliblər və növbəti 24 saat ərzində Qətər ərazisini tərk etməlidirlər".

Diplomatik qurumdan vurğulanıb ki, belə bir kəskin qərar İranın beynəlxalq hüquq normalarını və mehriban qonşuluq prinsiplərini pozması fonunda qəbul edilib.

Musavat.com

Şərhlər