Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEO
Tarix: 8-07-2020, 15:38
Baxılıb: 972
Google+ Paylaş
Tumblr Paylaş

Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEO

8-07-2020, 15:38

Səbail rayonundakı qanunsuz tikiliyə sakinlər etiraz etdilər-FOTO,VİDEO



Reportyor.tv-nin redaksiyasına müraciət edən Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivinin 3 sakini evlərinə bitişik yerdə artıq bir aydır aparılan qanunsuz tikintidən şikayətçidirlər.



Sakinlər bildirir ki, onlar Səbail rayon İcra Hakimiyyəti tərəfindən veriliş müvafiq sərəncamlara əsasən təsdiq olunmuş memarlıq əsasında tikintilərimizi hələ keçən onilliklərdə tikib qurtarıblar.




" Belə ki, bizə bitişik hasara(Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi ev 137-yə və digər 2 ünvana) Səbail rayonu memarı tərəfindən təstiq olunmuş sxemə əsasən 200 kv.m dar bir sahədə heç bir mühəndis texniki şərtləri nəzərə alınmadan el arasında "kolbasaya oxşar” bir yerdə (eni 6 m, uzunluğu 33m-ə yaxın) tikintiyə icazə verilmişdir. Bildiyimizə görə tikintinin sahibi 3 mərtəli otel tikmək istəyir. Qonşumuzun kim olduğu bizlərə məlum deyil.


Biz işi aparan Zaur adlı iş icraçısından tikintiyə dair hər hansı normativ sənədi baxmaq üçün istəmişik, lakin o bizə sənədləri təqdim etməkdən imtina edir və bildirir ki, tikinti üçün onların memarlıqdan və Səbail Rayon İcra Hakimiyyətindən müvafiq qanuni sənədləri var.

Halbuki bu cür qanunsuz tikintiyə necə sənəd verilməsi çox müəmmalıdır və verilibsə, görünür maraq müqabilində verilib”.

Ərazidə , ev 137 ünvanında yaşayan Şirinov Alim Şairəli oğlu, 2-ci döngə ,ev 2 ünvanında qeydiyyatda olan Cəfərov Namiq Vaqif oğlu, 2-ci döngə, ev 4 ünvanında qeydiyyatda olan Nəsirova Sevil Məcid qızı bildirir ki, məsələ ilə bağlı Prezidentə, baş prokuror Kamran Əliyevə, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əziz oğlu Əzizova, çoxsaylı dövlət qurumlarına-Səbail Rayon İcra Hakimiyyətinə, Səbail rayon Memarlıq və tikinti şöbəsinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə , Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də indiyəcən heç bir cavab gəlməyib.


Şikayətçi sakinlər bildirir ki, tikintidə Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobucasına və çoxsaylı maddələr ilə pozulur .

Məsələn ,qonşularla ara məsafəsi gözlənilməyib, onların pəncərələrinin qabağı tutulur, bununla da onlar gün işığından məhrum olurlar,kolonlar və divarlar qonşunun divarları ilə qaldırılır,tikinti materialları düz qabağa,piyada yoluna tökülüb.


"Səbail Rayon İcra Hakimiyyətinin başçısı gündə 5 dəfə burdan keçir . Ola bilməz ki,o bu açıq-aşkar qanunsuzluğu görməsin.Karantin rejimi olsa da Səbail Rayon İcra Hakimiyyətində qəbulda olmuşuq, amma Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri bizə heç bir cavab verə bilmədi ki,nəyin əsasında bu tikintiyə icazə verilib.

Özü də bu cür tikinti Prezident Administrasiyasının , Nazirlər Nazirlər Kabinetinin və digə dövlət qurumlarının 800-900 metrliyində tikilir”,-Alim Şirinov Reportyor.tv-yə açıqlamasında bildirdi.


Sakinlər daha sonra qeyd edirlər ki,digər qonşuluqda 5 mərtəbəli otel inşa edildi:

"Hansı ki, qanunda da var ki, tikililər mövcud tikililərə uyğun aparılmalıdır. Bu şərtlər nəzərə alınmır. Biz bu tikili bagli bir çox qurumlara, 102 xidmətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Səbail rayonu İcra Hakimiyyətinə müraciət etmişik. Lakin müraciətlərimizə ümumiyyətlə cavab verilməyib. Tikinti başlayandan biz şikayətlərimizi edirik. İndi tikintinin birinci mərtəbəsi başa çatıb.




Şəhərsalma və Tikinti məcəlləsinin 7-ci maddəsi və şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərinin 7,01 və 7.06 bəndləri pozulur. Şəhərsalma və Tikinti məcəlləsinin 9-cu maddəsində qeyd olunan 9.1 və 9.2-ci bəndləri, tikinti obyekuar arasında məsafələr, qonşuluq hüququ və yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri göstərilən 69.2, 69.3, 69.4-cü bəndləri. 72-ci maddənin 72.1. 72.2-ci bəndləri də kobud şəkildə pozulur. Belə ki, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansi tikintiyə yalnız həmin qonşuların notariat qaydasında təstiq olunmuş razılığından sonra inşa edilə bilər. Məcəllənin 76-ci maddəsində tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxslərin iştirakı, 76.1-ci bəndində isə maraqlı şəxslərə tikinti ilə bağlı məlumat verməyə və onları dinləmayə borclu olduğu halda bizi nə dinlyən nə sayan var. 76.2-ci bəndində isə nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və ya yazılı məlumat verməlidir.

Əlavə olaraq onu da qeyd edək ki, xüsusi karantin rejimi dövründa heç bir iş icazəsi olmayaraq, maskadan istifadə etdmədən, məsafə saxlamadan karantin rejiminin şərtlərini kobud şəkildə pozaraq gecə saatlarında(00:00-dan 00:005-a kimi)belə tininti isləri gedir və ərazi üzrə hüquq mühafizə orqanına(polis) müraciət olunsa bela hec bir tədbir tikintini dayandıra bilmir.



Tikintini aparan karantin rejimindən öz qanunsuz işi üçün fürsət bilib istifadə edir.Çünki məlumdur ki,sərt karantin rejimində bir çox dövlət qurumları onlayn işləyir və ya fəaliyyətini məhdudlaşdırıb .

Bu səbəbdən məhkəməyə də müraciət etmək olmur. Amma tikinti dayanmadan davam edir.


Bundan başqa bu cür tikililərə tikinti məcəlləsinə görə yalnız qonşuların notarial qaydasında razılığı əsasında icazə verilə bilər. Tikinti zamanı ara məsafəsi qəti olaraq gözlənilmir. Belə ki, tikinti məcəlləsinin müfafiq bəndinə görə ara məsafəsini müəyyən etmək üçün mənim binamın faktiki hündürlüyü 0,6 –ya vurulmalıdır.

Mənim tikilimin hündürlüyü 11 metr olduğundan tikili mənim evimdən ən azı 6 metr aralıda tikilməlidir.Ən maraqlı məqam odur ki,tikintinin aparıldığı ərazidə bağlanmış neft quyusu var və bu baxımdan orada aöır tikinti ümumiyyətlə aparmaq olmaz və bu təhlükəlidir.Bundan başqa yaşayış yerinə bitişik villa tikmək heç bir çərçivəyə sığmır. Əgər ərazidə yanğın baş versə hər  yer yanacaq,çünki yanğınsöndürən maşınların əraziyə girməsi üçün bu tikintiyə görə yer yoxdur. ”.

Qeyd edək ki, şikayətçilərdən biri- Namiq Cəfərov Azərbaycan bayrağını beynəlxalq yarışlarda dəfələrlə yükəklərə qaldırıb, Ağırlıqqaldırma idman növləri üzrə 7 qat Avropa və 4 qat Dünya Çempionudur.






Namiq Cəfərov

Namiq Cəfərov bildirir ki,Həmin tikiliyə bitişik yerdə onlar idmançılar hazırlaşdırırlar. "Tikili bizim işimizə mane olur, əgər bina qalxsa biz günəş şüalarından mahrum olacayıq”.

Digər şikayətçi S.Nəsirova bildirir ki, həmən tikiliyə qonşudur: " Digər qonşular kimi mənim də hasarımdan öz divarı kimi istifadə edir. Sahibkaram, villamı yüksək qiymətə icarəyə verirdik. Əlbəttə ki, dövlətimizə vergimizi ödəyərək. Bu tikiliyə görə icarəçimiz də müqaviləmizi pozdu. Hal- hazırda villamız boşdur. Nə mən nə dövlət bəhrələnə bilirik”.

Sonda sakinlər mətbuat vasitəsilə yenidən prezidentə müraciət edirlər:

"Hörmətli Cənab Prezident mövcud tikililəri vecinə almayan, çox kiçik sahədə tikinti məcəlləsinin 69.2, 69.3, 69.4, 72.2, 76-ci maddələrində nəzərdə tutulan halların kobud şəkildə pozulmasına maddi maraq və sair üzündən göz yumaraq tikintiyə razılıq verildiyinə görə maraqlı şəxslərin cəzalandırılmasını və tikintinin dərhal dayandırımasını Sizdən xahiş edirik”.

 











Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ