
İran Zəngəzur məsələsi ilə bağlı növbəti dəfə sərt mövqeyini ortaya qoyub.
Reportyor.tv xəbər verir ki, Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Cəfər Haşe bildirib ki, İran Ermənistan öz sərhədlərini müdafiə etməyə hazır olduğu halda ona dəstək verməyə hazırdır.
Onun sözlərinə görə, İran indiyədək dəfələrlə Ermənistanın ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib. Buna nümunə kimi Qafanda baş konsulluğun açılması, Ermənistan sərhədi yaxınlığında hərbi təlimlərin keçirilməsi və İran rəhbərliyinin rəsmi bəyanatları göstərilib.
Ekspert bildirib ki, bir dəfə türkiyəli həmkarından Türkiyənin Ermənistan və ermənilərdən nə istədiyini soruşub.
"Həmin ekspert açıq şəkildə dedi ki, Ermənistan və ermənilər olmamalıdır. İran üçün isə regionda dövlət sərhədlərinin toxunulmazlığı prinsipial məsələdir. Biz regionun xəritəsinin dəyişdirilməsinə imkan verməyəcəyik", – deyə o qeyd edib.
Musavat.com






Şərhlər