Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ermənistanda qarşıdurma böyüyür: "Azərbaycanın planı baş tutur"
Ermənistanda qarşıdurma böyüyür: "Azərbaycanın planı baş tutur"

Ermənistanda müxalifətin Paşinyana qarşı ittihamları daha da sərtləşib.

Reportyor.tv xəbər verir ki, həbsdə olan müxalif siyasətçi Andranik Tevanyan bəyan edib ki, Baş nazir Nikol Paşinyan Azərbaycanın, Türkiyənin, Fransanın və Avropa Komissiyasının ondan nə tələb etdiyini bilir və hakimiyyətinin qorunmasına yönəlmiş xarici dəstəyin əvəzini ödəməli olacaq.

"Vətən Ermənistan" Partiyasının lideri bildirib ki, seçkilərə birbaşa müdaxilə etməklə bu saxtalaşdırmaların ideoloji, texnoloji və təbliğat sponsorları Türkiyə, Azərbaycan, Fransa və Aİ olub. Onun sözlərinə görə, indi isə həmin dəstəyin qarşılığını tələb edirlər və Paşinyan bunun əvəzini erməni xalqının hesabına ödəyir.

Tevanyan qeyd edib ki, xarici qüvvələrin diktəsi ilə hərəkət etmək və Qərbin müharibə partiyası adlandırdığı qüvvələrin tapşırıqlarını yerinə yetirmək Paşinyanı təhlükəli edir. O bildirib ki, Paşinyanın məqsədi siyasi mühiti Corc Oruellin təsvir etdiyi "heyvan ferması"na çevirmək, söz azadlığını məhdudlaşdırmaq və siyasi fəaliyyəti cinayətləşdirməkdir.

Müxalif siyasətçi bildirib ki, Ermənistanın gələcəyindən narahat olan siyasi qüvvələr, ictimai təşkilatlar və vətəndaşlar ölkənin ukraynalaşdırılmasına və moldovalaşdırılmasına, dövlət idarəçiliyinin isə azərbaycanlaşdırılmasına imkan verməməli, həmçinin "Qərbi Azərbaycan" layihəsinin həyata keçirilməsini rədd etməlidirlər.

Tevanyanın sözlərinə görə, Ursula fon der Lyayen və digər Qərb rəsmiləri Paşinyanı erməni fermerlərinin və ya iqtisadiyyatın problemlərinə görə deyil, məhz bu məqsədlərə görə dəstəkləyirlər.

O əlavə edib ki, siyasi mübarizədə fədailik mütəşəkkil siyasi fəaliyyətlə, emosional yanaşma rasional düşüncə ilə, fərdi maraqlar isə kollektiv maraqlarla əvəz olunmalıdır. Tevanyan vurğulayıb ki, mövcud şəraitdə bütün sağlam düşüncəli qüvvələr səylərini birləşdirməlidirlər.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti