Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Türkiyənin F-35-ləri rəsmən Netanyahunu qorxuya saldı: daha bir...
Türkiyənin F-35-ləri rəsmən Netanyahunu qorxuya saldı: daha bir...

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə F-35 qırıcılarının verilməsinə yenidən etiraz edib.

Reportyor.tv xəbər verir ki, Netanyahu Türkiyəyə F-35 qırıcılarının verilməsinin Yaxın Şərqdə qüvvələr balansını pozacağını iddia edib. O, bu mövqeyini Ankaranın guya aqressiv niyyətlərə malik olması ilə əsaslandırmağa çalışıb.

Bundan əvvəl Axios nəşri Netanyahunun ABŞ Prezidenti Donald Trampa müraciət edərək Türkiyəyə F-35 qırıcılarının verilməsindən çəkinməsini xahiş etdiyini yazmışdı.

Bu gün isə Tramp 2017-ci ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına görə tətbiq etdiyi sanksiyaların ləğv ediləcəyini vəd edib.

Musavat.com

Şərhlər