
Qazax Dövlət Sosial- İqtisadi Kollecindən bitməyən şikayətlər, qanunsuzluqlar, korrupsiya əməlləri haqqında sosial şəbəkədə kifayət qədər paylaşımlar edilmişdir.
Tehsilmedia.azın əldə etdiyi məlumata görə, Qazax Dövlət Sosial- İqtisadi Kollecinin qalmaqallı direktoru Elşad Quluyevin işinə xitam verilib. Qeyd olunur ki, Elşad Quluyev 23 ildi ki, kollecdə direktor vəzifəsində çalışırdı. Təhsil nazirliyi tərəfindən aparılan köklü yoxlama kollecdə yarım milyondan çox yeyinti aşkarlayıb. Araşdırılması üçün aidiyyatı orqana göndərilib.
23 ildir vəzifədə olan Elşad Quliyev tək May ayından indiyə kimi 12 nəfər adam işə götürüb, Bakıda 5-6 evi var, fərqli yerlərdə çoxlu obyektləri var. Bütün bunlar 23 illik vəzifədə olması hesabına baş vermişdir. Gələn yoxlama invertarları yoxladıqda maliyyə hesablarında külli miqdarda yeyinti olduğu ortaya çıxmışdır.






Şərhlər