Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi
Saxlanılan gömrükçülərin üçü buraxıldı - Rəis müavini həbs edildi

İyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.

Reportyor.tv“Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 4 gömrük əməkdaşından 3-ü sonradan sərbəst buraxılıb.

Məlumata əsasən, saxlanılan şəxslərdən biri - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisi müavini İsmayıl Əliyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iyunun 11-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirdiyi, əməliyyat zamanı 4 əməkdaşın saxlanıldığı barədə məlumat yayılmışdı. Həmin şəxslərdən ikisinin qadın əməkdaş olduğu bildirilirdi.


Faktla bağlı araşdırmalar davam edir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti