Sel 5 kəndlə əlaqəni kəsdi
Tarix: 15-05-2020, 06:39
Baxılıb: 264
Google+ Paylaş
Tumblr Paylaş

Sel 5 kəndlə əlaqəni kəsdi

15-05-2020, 06:39

Ağsu rayonuna yağan leysan və dolu bir sıra fəsadlar törədib.
Publika.az "Report"a istinadla xəbər verir ki, axşam saatlarında rayonun dağlıq kəndlərinə əvvəlcə leysan, sonra dolu yağıb.
Yağıntı rayonun Xatman, Dilman, Hacımən, Kalva və Suraxanı kəndlərində bir fəsadlar törədib. Selin dağlardan gətirdiyi daş və qaya parçaları kəndlərə gedən yolların bağlanmasına səbəb olub. Qeyd edilir ki, minik maşınlarının kəndlərə gediş-gəlişi çətinləşib.
Xatman kənd sakinlərin verdiyi məlumata görə, 20 dəqiqə davam edən dolu bəzi yerlərdə taxıl sahələrinə ciddi ziyan vurub. Elektrik enerjisinin verilişində fasilələr yaransa da, problem qısa müddətdə aradan qaldırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ