Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Təcili: Ən strateji bombardmançı külə döndü - VİDEO
Təcili: Ən strateji bombardmançı külə döndü - VİDEO

Rusiyanın ən mühüm strateji bombardmançılarından biri İrkutsk vilayətində qəzaya düşüb.

Reportyor.tv Musavat-a istinadən xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində Tu-22M3 strateji bombardmançısı qəzaya uğrayıb.

Məlumata görə, hadisə yerindən yayılan görüntülərdə hərbi təyyarənin düşdüyü ərazidən qalın tüstünün qalxdığı görünür. Bildirilir ki, ekipaj katapult etməyə müvəffəq olub.

Qəzaya uğrayan Tu-22M3 strateji bombardmançısının İrkutsk vilayətində yerləşən “Belaya” hərbi aerodromundan havaya qalxdığı ehtimal edilir. Həmin aerodrom qəza yerindən təxminən 30 kilometr məsafədə yerləşir.

Xatırladaq ki, “Belaya” aerodromu 2025-ci ilin iyun ayında Ukraynanın “Hörümçək toru” əməliyyatı zamanı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan hərbi obyektlərdən biri olmuşdu.

Şərhlər