Vaşinqton və Tehran arasında əldə olunan anlaşma ilə bağlı yeni məlumat yayılıb.
Reportyor.tv xəbər verir ki, Axios-un məlumatına görə, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu elektron formada imzalanıb. Bildirilir ki, sənədə ABŞ Prezidenti Donald Tramp, vitse-prezident JD Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf imza atıb.
Memorandumun imzalanması ilə bağlı məlumatdan qısa müddət sonra ABŞ tərəfinin sənədin detallarını yaxın 24–48 saat ərzində açıqlayacağı bildirilib.
Məlumata görə, açıqlanacaq detallarda tərəflərin üzərinə götürdüyü öhdəliklər, razılaşdırılmış mexanizmlər və gələcək addımlar yer alacaq.






Şərhlər