Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ərdoğandan NATO bəyanatı: "Heç bir bədbin proqnoz özünü doğrultmadı"
Ərdoğandan NATO bəyanatı: "Heç bir bədbin proqnoz özünü doğrultmadı"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Atlantika Alyansının (NATO) qlobal rolu və rəsmi Ankara üçün daşıdığı strateji əhəmiyyət barədə mühüm açıqlamalar verib. Dövlət başçısı Türkiyənin təşkilat daxilindəki lider mövqeyini bir daha qətiyyətlə vurğulayıb.

Reportyor.tv xarici mediaya istinadən xəbər verir ki, Türkiyə lideri soyuq müharibə dövründən sonra NATO-nun gələcəyi ilə bağlı irəli sürülən iddialara diqqət çəkib:

"Berlin divarının yıxılmasından sonra alyansın gələcəyinə dair verilən bədbin proqnozların heç biri özünü doğrultmadı. Əksinə, NATO dəyişən qlobal şərtlərə və terrorizm kimi asimmetrik təhdidlərə uğurla uyğunlaşaraq öz mövqelərini daha da möhkəmləndirdi".

Türkiyə Prezidenti Ankaranın alyans daxilindəki xüsusi çəkisinə və hərbi gücünə toxunaraq, ölkənin gələcək prioritetlərini açıqlayıb: "Türkiyə özünün hərtərəfli və yüksək hərbi potensialı, dinamik şəkildə inkişaf edən milli müdafiə sənayesi, strateji cəhətdən mühüm coğrafi mövqeyi, eləcə də zəngin tarixi və mədəni irsi sayəsində alyansda aparıcı rol oynamağa davam edəcək".

Şərhlər