Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Şəkinin mərkəzində ayı TƏŞVİŞƏ SƏBƏB OLDU - Nazirlikdən XƏBƏRDARLIQ/FOTO (YENİLƏNDİ)
Şəkinin mərkəzində ayı TƏŞVİŞƏ SƏBƏB OLDU - Nazirlikdən XƏBƏRDARLIQ/FOTO (YENİLƏNDİ)

Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür. Artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a bildirib ki, hələ də təhlükə olduğunu nəzərə alaraq bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyatlı olsunlar: “Bütün tədbirlər görülür ki, insanların təhlükəsizliyi qorunsun və ayıya zərər gəlməsin”.
xxx
09:17
Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.
Şəki regional ekologiya idarəsindən Publika.az-a verilən məlumata görə, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.
Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

Şərhlər