Arzu Bəndəliyevin feodal quldarlığı və ya barəsində tərtib olunmuş protokolun humanistliyi
Tarix: 17-11-2020, 13:37
Baxılıb: 344
Google+ Paylaş
Tumblr Paylaş

Arzu Bəndəliyevin feodal quldarlığı və ya barəsində tərtib olunmuş protokolun humanistliyi

17-11-2020, 13:37

“Stolüstü oyunların “kral”ı və yaxud “komunxoz”a uzanan çirkli əl: Arzu Bəndəliyev oturduğu qoltuğu da oyun masasına çevirib…” başlıqlı məqaləmiz 23 Oktyabr 2020-ci il tarixdə “Realmedia.az” saytında dərc olunandan sonra redaksiyamıza Beyləqan rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri Arzu Bəndəliyevin işdəycələri barədə yeni məlumatlar daxil olub. Qeyd edək ki, həmin məqalədə Arzu Bəndəliyevin bir vaxtlar stolüstü oyunlar aludəçisi olduğu (heç də xobbi deyil), Beyləqan rayon icra hakimiyyəti başçısının müavini və sosial-iqtisadi inkişafın təhlili və praqnozlaşdırılması şöbəsinin müdiri işləmiş Məhəmməd Qələndərovun köməkliyi ilə layiq olmadığı vəzifələrə irəli çəkildiyi, dövlət büdcəsindən ayrılan vəsaitləri ustalıqla “xırıd etdiyi”, idarədə saxladığı «ölü canlılar»a staj yazaraq, maaşlarını özünə götürdüyü xatırladılmış, həmçinin, direktorun tətbiq etdiyi “kreativ” qazanc metodu barədə məlumatları bölüşmüşdük: “Müəssisəyə ayrılan  yanacağın pulu Arzu Bəndəliyevə yaxın olan yanacaq doldurma məntəqəsinin hesabına köçürülür və hərəkət edən texnikalar yanacağı həmin YDM-dən vurmalıdırlar. Bildirilir ki, həftədə 1-2 texnika həmin YDM-dən yanacaq götürür, vəssalam. Yerdə qalan yanacağın qiyməti nəğd pul kimi çıxarılır. Məlumatlara görə, hər ayın sonları Arzu Bəndəliyev YDM-nə gəlir, haqq-hesab çəkir. Həmçinin qeyd olunur ki,  hətta dayanmış texnikalara da gündəlik yanacaq yazılır. Hansı ki, həmin maşın-mexanizmlər müəssisənin qarajında aylarla təmirə dayanıb. Hətta müəssisəyə məxsus “Kamaz” yük maşınları və traktorlar var ki, onların sürücüləri YDM-dən qəbul etdikləri yanacağın keyfiyyətindən narazıdırlar. İş vaxtından sonra müəssisəyə məxsus texnikalar qarajda saxlanılmalı olduğu halda, orda deyil, «şöfer»lərin evlərində saxlanılır. Arzu Bəndəliyevin müəssisəyə məxsus texnikaları aylığa verdiyi haqda da söz söhbətlər dolaşır. Müəssisəyə məxsus texnikalara verilən ehtiyat hissələri, sürtkü yağlarının da mənimsənildiyi bildirilir”.
Bu günlərdə RealMedia.az-ın redaksiyaya verilmiş növbəti məlumat isə Arzu Bəndəliyevin faktiki işləyənlərin əməyini quldarcasına istismar etməsi barədədir. Məlumatda bildirilir ki, müdir onları bazar günü də işləməyə məcbur edir və “istirahət” gününün muzdu olaraq cəmi 5 (?) manat ödəyir. Hansı ki, Əmək Məcəlləsinə uyğun olaraq normadan artıq iş saatları və iş günləri tərəflər arasında məcburi deyil,  razılaşdırılmış olmalı, əmək haqqı isə həmişəki normadan artıq ödənilməlidir.
Təbii ki, A.Bəndəliyevin bu feodal tədbirinin məqsədi ştatda saxladığı, bir çoxunun adları redaksiyaya məlum olan “ölü canlar”ın çəkmədikləri zəhmətin əvəzini kompensasiya etməkdir.
Oxucularla yaxın görüşlərimizdə A.Bəndəliyev barəsində tərtib olunmuş inzibati protokolun səbəbindən və bu qərarı qəbul edənlərin humanistliyindən söhbət açacağıq.  
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ