Bir vaxtlar Beylaqan rayonunda alkaş kimi gündəmdə olan sabiq icra başçısı özünü reklam etməklə məşğuldur. Belə ki, bir qrup jurnalisti 26-sı fevral Xocalı soyqrımına dəvət edib sonradan aradan qaçaraq piyan vəziyyətdə ortaya çıxaraq kimisinə quzu cəmdəyi, bəzisinə kənd motalı, bəzisinə isə kostuyum pulu verməklə canını qurtarmaq istəsə də ona dəstək olan mediyanı günahlandırır.
Reklama dəstək olaraq bizdə reportyor.org olaraq həmin yazını dərc edirik.
Beyləqanın sabiq icra başçısı Vaqif Abdullayev 218 şəhid ailəsinə və 143 Qarabağ Veteranına yardım payı göndərib.
“RealMedia.az” xəbər verir ki, 7 ilə yaxın bir müddətdə Beyləqan rayonuna başçılıq edən sabiq icra başçısı Vaqif Abdullayev bu gündə rayonu, rayon sakinlərini unutmayıb. O, hər zaman rayon sakinlərini yad edir, onlarla sıx əlaqə saxlayır, qayğıya ehtiyacı olan şəxslərə köməklik göstərib.
Məlumdur ki, bu günlərdə də ölkədə koronavirus pandemiyasına xüsusi karantin rejimi tətbiq edilmişdir. Karantin rejiminin tətbiq edilməsi əhalinin bu virusdan qorunması, onların sağlam və təhlükəsiz yaşamasıdır. Söz yox ki, karonavirus pandemiyasının yayılması ölkəmizdə bir çox sahələrə ciddi təsirini göstərməklə fəsadlar yetirmiş, fərdi sahibkarlıq, iaşə obyektlərinin, muzdlu işləyənlərin iş yerlərinin bağlanmasına və.s sahələrə də təsir etmişdir. Belə bir həssas dönəmdə bir çox insanlarımız işsizliklə üzləşmiş, sosial müdafiəyə ehtiyacı olanların ehtiyacları artmışdır.
Sössüz ki, Beyləqan rayonu da koronavirus pandemiyası “qurbanına” çevirilmşdir. Bu rayonda da bir çox insanlar işsizliklə üzləşmiş, sosial – məişət problemləri artmışdır.
Belə bir ağır şəraitdə isə Vaqif Abdullayev rəhbərlik etdiyi Beyləqan rayonunu unutmamış, orda yaşayan Şəhid və Qarabağ Veteranı ailələrinə yardım əli uzatmışdır.
Belə ki, sabiq İcra başçısı Vaqif Abdullayev Beyləqan rayonu daxil olmaqla kəndə və qəsəbələrdə yaşayan, ümumilikdə 358 ailəyə – 218 Şəhid ailəsi olmaqla, 143 Veteran ailəsinə yardım edib. Vaqif Abdullayev hər bir ailəyə çatacaq yardımların paylanılması missiyasını rayonun veteranlarına həvalə edib.
RealMedia.az
