Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verildi
Naxçıvan Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifə verilib.
Reportyor.tv xəbər verir ki, Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin sabiq müdiri Emin Məmmədov muxtar respublikanın Təhsil Nazirliyində məsləhətçi vəzifəsinə təyin edilib.
Qurumun Qəbul sektorunun keçmiş müdiri Rəşad Əhmədov isə bundan sonra fəaliyyətini Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam etdirəcək. Ona nazirlikdə məsləhətçi vəzifəsi həvalə olunub.
Qeyd edək ki, ötən gün Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov və Ali Məclisin Qəbul sektorunun müdiri Rəşad Əhmədov işdən azad olunub.
(Report)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti