Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər nazirinin şikayəti ilə bağlı - QƏRAR VERDİ
Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər nazirinin şikayəti ilə bağlı - QƏRAR VERDİ

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.
Publika.az xəbər verir ki, bu barədə "Report"a onun vəkili Dilsuz Məmmədov məlumat verib.
O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub.
Qeyd edək ki, Ə.Əhmədov 17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, 2021-ci ildə həbs olunub. Keçmiş nazir 9 milyon manatı mənimsəmədə təqsirli bilinib. Daha sonra Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti