ŞOK: İrəvan-Bakı arasında 66 uçuş həyata keçirilib
Tarix: 25-12-2024, 10:21
Baxılıb: 596
Google+ Paylaş
Tumblr Paylaş

ŞOK: İrəvan-Bakı arasında 66 uçuş həyata keçirilib

25-12-2024, 10:21

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin məlumatına görə, 2020-ci ildən bu yana İrəvan-Bakı və Bakı-İrəvan arasında ümumilikdə 66 dövlət reysi həyata keçirilib.
Reportyor.tv xəbər verir ki, bu sensasion məlumat Sputnik Ermənistan-a nazirlik tərəfindən göndərilən rəsmi cavabda təsdiqlənib.
Xüsusilə, 11 dekabr 2024-cü ildə İrəvan-Bakı istiqamətində beynəlxalq şirkət tərəfindən sifariş olunan çarter reysi həyata keçirilib. Nazirlik bildirib ki, bu reys heç də ilk olmayıb.
“Son 5 ildə beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə 66 dövlət reysi yerinə yetirilib,” – deyə nazirlik açıqlamasında vurğulayıb.
Qeyd edək ki, bura vaxtı ilə Qarabağda fəaliyyət göstərən sülhməramlıların rəhbərliyinin gəlib-getməsi, beynəlxalq səviyyədə tanınmış simaların hər iki ölkə arasında uçuşlar həyata keçirməsi daxildir.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ