Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bayram günlərində işğaldan azad olunan ərazilərə yalnız bu şəxslər buraxılacaq
Bayram günlərində işğaldan azad olunan ərazilərə yalnız bu şəxslər buraxılacaq

Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.

DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, yalnız müvafiq icazəsi olan şəxslərin işğaldan azad edilən ərazilərə sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq.

Bildirilib ki, müvəqqəti polis postlarında təqdim edilən təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli, vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl gətirməməlidirlər.

Diqqətə çatdırılıb ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.

[video=]

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti