Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Cib bıçaqlarının satışına qadağa qoyulsun - Deputatdan təklif
Cib bıçaqlarının satışına qadağa qoyulsun - Deputatdan təklif

"Gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələri baş verir. Statistikalar göstərir ki, hadisələr daha çox cibdə gəzdirilən, qatlanan bıçaqlarla bağlı olur. Belə bıçaqların satışının, istifadəsinin qadağan olunmasını təklif edərdim".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Müşfiq Cəfərov deyib. Onun sözlərinə görə, müəyyən kompüter oyunları var ki, uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir.

Deputat qeyd edib ki, onların qadağan olunması böyük əhəmiyyət kəsb edir: "Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar".

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti