Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bircə səhv və... it də getdi, ip də? – “Dəymiş zərər əsassız varlanma hesab olunur”
Bircə səhv və... it də getdi, ip də? – “Dəymiş zərər əsassız varlanma hesab olunur”

“Vətəndaş məhkəməyə müraciət etməklə itirilmiş əmlakını geri tələb edə bilər".

Reportyor.tv xəbər verir ki, bunu “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov elektron pulqabıdan səhv istifadə hallarına dair suala cavabında deyib.

Bəzən pul göndərişi zamanı telefon nömrəsinin yanlış daxil edilməsi kifayət edir ki, vəsait nəzərdə tutduğunuz şəxsin yerinə başqa bir hesaba köçsün. Belə hallarda itirilən məbləğ necə geri alına bilər?

Ramil Süleymanovun sözlərinə görə, bu hal mülkü məsuliyyət yaradır:

“Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, dəymiş zərər əsassız varlanma hesab olunur. Nəticə etibarilə, vətəndaş pulu yanlışlıqla kimin balansına göndəribsə, onun yaşayış yerini və ya ailə vəziyyətini müəyyən edə bilmirsə, o zaman hüquq-mühafizə orqanlarına müraciət etməklə həmin hesaba aid pasport məlumatlarını əldə edə bilər".

Hüquqşünas qeyd edib ki, vətəndaş yaşadığı ünvan üzrə məhkəməyə müraciət edib itirilmiş vəsaiti geri tələb etməlidir:

“Əmlakının geri qaytarılması ilə bağlı hüquqlarının müdafiəsi üçün çəkdiyi hüquqi yardıma və məhkəmə xərclərinə görə yaranan zərəri də qarşı tərəfdən tələb etməyə tam haqqı var”.

Musavat.com

Şərhlər