Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Xocalıda güc və suverenlik mesajı - Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini vurğuladı
Xocalıda güc və suverenlik mesajı - Prezident İlham Əliyev Azərbaycanın qəti mövqeyini vurğuladı

Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin.

“Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir”, deyə dövlət başçısı vurğulayıb.

Milli Məclisin deputatı Nigar Məmmədova Reportyor.tv-ə açıqlamasında bildirib ki, Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Kompleksin açılışı ilk növbədə milli tarixi yaddaşın daha da möhkəmlənməsi, eyni zamanda Azərbaycanın yeni mərhələdə öz gücünə və siyasi iradəsinə əsaslanan inkişaf yolunun simvoludur: “Prezident İlham Əliyevin Xocalı Memorial Kompleksinin açılışında səsləndirdiyi bəyanatlar da dövlət siyasətinin prioritet istiqamətlərini bir daha nümayiş etdirdi. Belə ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə beynəlxalq hüquq əsasında tarixi ədaləti bərpa etmiş oldu. Dövlət başçımız Ermənistan dövləti və dünya erməniliyinin arxasında duran dövlətlərin bu qanlı faciəni ört-basdır etmək cəhdlərini bir daha xatırlatdı. Erməni havadarlarının Azərbaycanı bu faciədə günahlandırmağa çalışması isə riyakarlığın pik həddi idi. Bu illər ərzində görülən işlər, “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərini dünyaya tanıtdı. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olması sübuta yetirildi. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır. Rəsmi Bakı bu xüsusda informasiya və diplomatik cəbhədə mübarizəni paralel şəkildə aparır.

Cənab Prezident çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini xüsusi vurğuladı. Bu kontekstdə 2020-ci ildə başa çatan Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatından sonra yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkdi”.

N.Məmmədov diqqətə çatdırıb ki, Xocalıda memorial kompleksin məhz azad edilmiş torpaqlarda ucaldılması isə dövlətin siyasi iradəsinin göstəricisidir: “Beləliklə, Azərbaycan artıq post-münaqişə mərhələsində qalib və suveren dövlət kimi mövqelərini möhkəmləndirir. “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, sosial obyektlərin tikintisi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Cənab Prezident də vurğuladı ki, Xocalı və digər yaşayış məntəqələrinin yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası deyil, həm də sosial ədalətin təmin olunması və milli ləyaqətin bərpasıdır. Bu baxımdan memorial kompleksi dövlətin öz vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qorumaq əzminin göstəricisi kimi də qiymətləndirə bilərik.

Ümumiyyətlə, Azərbaycan regionda davamlı sülhün təmin olunması üçün qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əməl edilməsini zəruri hesab edir. Cənab Prezidentin Xocalıdan verdiyi mesajlarda Azərbaycanın sülh gündəliyini irəli aparmaqla yanaşı, heç vaxt milli maraqlarından geri çəkilməyəcəyini bir daha nümayiş etdirir”,- deyə deputat vurğulayıb.


Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti