Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI

Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Ə.Əhmədov bir müddət əvvəl həyat yoldaşından boşansa da, onunla eyni kənddə yaşayıb. Məlumata görə, o, keçmiş həyat yoldaşından həmkəndlisi Kamran Məhərrəmovla münasibətindən şübhələndiyi üçün ayrılıb. Ələsgər bir neçə dəfə Kamranla bu barədə mübahisə də edib. İyunun 19-da səhər saatlarında Ələsgər Kamranla yenidən mübahisə edib. Mübahisə nəticəsində o, Kamranı bıçaqlayıb. K.Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib./Oxu.az/


Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti