Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Boltondan şok etiraflar: "Tramp və Kim Çen In bir-birinə aşiq olmuşdular"
Boltondan şok etiraflar: "Tramp və Kim Çen In bir-birinə aşiq olmuşdular"

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasındakı qeyri-adi münasibətlərin pərdəarxası məqamlarını açıqlayıb.

Reportyor.tv xəbər verir ki, Boltonun sözlərinə görə, Şimali Koreya lideri ilə görüşündən sonra Donald Tramp onunla şəxsi söhbətində Kim Çen Inla "bir-birinə aşiq olduqlarını" bildirib. Keçmiş müşavir həmin an keçirdiyi təəccübü gizlətməyərək, "O vaxt rəhbərə deyə biləcəyim yeganə söz 'Yaxşı, boss' oldu", – deyə xatırladıb.

Bolton həmçinin Sinqapur sammiti zamanı baş vermiş və hamını, xüsusən də Şimali Koreya nümayəndə heyətini şoka salan maraqlı bir epizodu da bölüşüb. Onun sözlərinə görə, Tramp görüşdən sonra Kim Çen Ina Pxenyana qayıtmaq üçün ABŞ prezidentinin rəsmi "Air Force One" təyyarəsindən istifadə etməyi və onu şəxsən aparmağı təklif edib.

Sabiq müşavir bildirib ki, bu bəyanat hər kəsdə ciddi şok effekti yaradıb, çünki Şimali Koreya liderinin təyyarələrlə səyahət etməkdən xoşu gəlmədiyi və uçuşlardan qorxduğu hər kəsə məlum idi.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti