
Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı yeni cinayət işi başlanıb.
Reportyor.tv xəbər verir ki, sabiq dövlət başçısı bunun 22 il əvvəl qəbul edilmiş qərarla bağlı olduğunu bildirib.
“Ermənistan” blokunun lideri Robert Köçəryan ona qarşı açılan yeni cinayət işi ilə əlaqədar Antikorrupsiya Komitəsinə çağırıldığını açıqlayıb.
Köçəryanın sözlərinə görə, işdə yalnız bir epizod yer alır. Söhbət onun 2004-cü ildə hökumət qərarının ratifikasiyası ilə bağlı sənədi təsdiqləməsindən gedir.
Sabiq prezident ittihamları rədd edərək işi absurd adlandırıb. O bildirib ki, həmin dövrdə qüvvədə olan Konstitusiya ratifikasiyadan imtina imkanını nəzərdə tutmurdu.
Musavat.com






Şərhlər