
"Azərbaycan Respublikasında aqrar sahənin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov arpa biçininin gedişatı ilə yaxından tanış olub. RİH başçısı ərazidə olan fermerlərlə görüşüb, onları maraqlandıran sualları cavablandırıb və fermerləri narahat edən məsələlər müzakirə olunub. Daha sonra RİH başçısı aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.







Şərhlər