
Polşa rəhbərliyinin qərarı Varşava–Kiyev xəttində yeni müzakirələrə yol açıb.
Reportyor.tv xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşanın ən yüksək dövlət təltifi olan Ağ Qartal Ordenindən məhrum edilməsi ilə bağlı qərar qəbul edib.
Məlumata görə, qərarın əsas səbəbi Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar bölmələrindən birinə “UPA qəhrəmanları” (“Ukrayna Üsyançı Ordusunun qəhrəmanları”) adının verilməsi olub. Bu addım Polşada ciddi narazılıq doğurub.
UPA 1942-ci ildə yaradılmış silahlı təşkilatdır. Polşa tərəfi onu İkinci Dünya müharibəsi illərində Volın və Şərqi Qalisiyada on minlərlə polyakın qətli ilə əlaqələndirir. Rəsmi Varşava hesab edir ki, həmin hadisələrin qəhrəmanlaşdırılması qəbuledilməzdir və iki xalqın tarixi yaddaşına ziddir.
Ağ Qartal Ordeni 1705-ci ildə təsis edilib və Polşanın ən ali dövlət mükafatı sayılır. Zelenski bu ordenlə 2023-cü ildə təltif olunmuşdu.
Musavat.com






Şərhlər