Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » İclasda yayılan yuxulu foto qalmaqalı - Qəzənfər Paşayevin qızı müdafiəyə qalxdı
İclasda yayılan yuxulu foto qalmaqalı - Qəzənfər Paşayevin qızı müdafiəyə qalxdı

Məlum olduğu kimi, fevralın 25-də Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin son iclasında bir sıra alimlərin yuxulu görünməsi, mürgüləməsi ilə bağlı görüntülər cəmiyyətdə geniş rezonans doğurub.

Şəkli yayılanlar arasında filologiya elmləri doktoru, professor və ədəbiyyatşünas Qəzənfər Paşayev də var. Tədbirdə mürgüləmədiyini, sadəcə şəkildə elə təsvir olunduğunu bildirib.

Reportyor.tv bildirir ki, Qəzənfər Paşayevin qızı Təranə Paşayeva məsələ ilə bağlı sosial şəbəkədə sərt reaksiya göstərib: “Elmə və alimə hörmətlə yanaşmaq, gələcəyimizə hörmət deməkdir! Son zamanlar AMEA-nın adı sosial şəbəkələrdə tez-tez hallandırılır. Təəssüf doğuran haldır ki, mövzu ilə bağlı kifayət qədər məlumatı olmayan şəxslər tərəfindən müxtəlif yazılar paylaşılır. Bəzi xəbər saytlarında isə dəqiqliyi təsdiqlənməmiş məlumatlar, hətta şəkillərlə birlikdə yayımlanaraq ictimai rəyə təqdim olunur. Bəzən bu paylaşımlar sensasiya xarakteri daşıyır və sanki məlumatı daha tez yaymaq üçün yarış aparılır.

Təəssüf edirəm ki, belə hallar məhz yaşadığımız ölkədə baş verir. Alimlərimiz cəmiyyət üçün böyük dəyər kəsb edir.

AMEA-nın və ümumilikdə elmin nüfuzunun qorunması hər birimizin məsuliyyətidir. Elmə və alimə hörmətlə yanaşmaq, gələcəyimizə hörmət deməkdir”.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti