Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bəzi şəxslərə 1000 manat veriləcəyi haqda xəbər yayan - Həbs olundu
Bəzi şəxslərə 1000 manat veriləcəyi haqda xəbər yayan - Həbs olundu

Sosial şəbəklərdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat veriləcəyi ilə bağlı paylaşım edən şəxs həbs olunub.

35 yaşlı H.M-ya inzibati qaydada 9 sutka həbs verilib.

İnternetdə yayılması qadağan edilən məlumat paylaşmaqda təqsirli bilinən şəxsin bazarda satıcı işlədiyi məlum olub. O, əməlindən peşman olduğunu, bir daha belə şey etməyəcəyini deyib.

Qeyd edək ki, həmin paylaşım tiktokda qısa müddətdə 13 min nəfər tərəfindən izlənib. İzləyicilərin çoxu pulu necə ala biləcəklərini soruşublar.//Qafqazinfo

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti