
Son elmi araşdırmalara görə, dünyanın ən gözəl adı yunan mənşəli Sofiya (Sophia) adı hesab olunur.
Tədqiqatı İngiltərənin Birmingem Universitetinin koqnitiv dilçisi doktor Bodo Uinter aparıb.
Araşdırmanın nəticələrinə görə, Sofiya adı melodik səslənişi və müxtəlif dillərdə asan qəbul olunması ilə digər adlar arasında seçilib.
Tədqiqat zamanı müxtəlif ölkələrdən olan iştirakçılara 100 fərqli adın tələffüzü dinlədilib. Daha sonra onların reaksiyaları fonetik cazibə, ritm və emosional təsir baxımından diqqətlə təhlil olunub.
Nəticədə Sofiya adı sınaqdan keçirilən bütün adlar arasında ən yüksək qiymətləndirilib. Mütəxəssislər bunu adın ahəngdar səslənməsi ilə izah edirlər.
Araşdırmaya görə, Sofiya adında yumşaq samitlər və harmonik saitlər arasında balans mövcuddur. Bu xüsusiyyət isə adı eşidənlər üçün xüsusilə xoş və melodik edir.
Alimlər bildirirlər ki, məhz bu fonetik xüsusiyyətlər Sofiya adının müxtəlif dillərdə də eyni dərəcədə gözəl və ahəngdar səslənməsinə səbəb olur.|Lent.az




Şərhlər