
2026-cı il dekabrın 12-dək davam edəcəyi bildirilən retrograd Neptunun dörd bürc nümayəndəsinə uzun müddət gizli qalan vacib həqiqətləri anlamağa kömək edəcəyi iddia olunur. Astroloq Gelena Xatorun sözlərinə görə, qarşıdakı beş ay ərzində Neptun yalanları, sirləri və deyilməmiş sözləri üzə çıxara bilər.
Astroloqlar bildirirlər ki, həqiqəti eşitmək çətin ola bilər, lakin baş verənləri qəbul edib düzgün nəticə çıxarmaq həyatın daha yaxşı istiqamətdə dəyişməsinə səbəb ola bilər.
Qoç
Astroloqların fikrincə, Qoçlar üçün bu dövr özləri ilə səmimi söhbət mərhələsi olacaq. Retrograd Neptunun onlara özlərini aldatmaqdan qurtulmağa və imkanlarını daha real qiymətləndirməyə kömək edəcəyi iddia edilir.
Gelena Xator hesab edir ki, bu bürcün nümayəndələri gizli potensiallarını üzə çıxara və həqiqi istedadlarını dərk edə bilərlər.
Dekabra qədər Qoçların özlərinə daha çox inam hiss edəcəyi və gələcək istiqamətlərini müəyyənləşdirəcəyi bildirilir. Bu dövrdə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, fərdiliyi göstərmək və güclü tərəfləri üzərində işləmək tövsiyə olunur.
Oğlaq
Retrograd Neptunun Oğlaqlara hansı imkanların itirildiyini göstərəcəyi iddia edilir. Lakin astroloqun fikrincə, bu təcrübə peşmanlıq üçün deyil, keçmiş səhvləri təkrarlamamaq və gələcəkdə daha cəsarətli addımlar atmaq üçün faydalı ola bilər.
Bu dövrdə ev və yaşayış məsələlərinə xüsusi diqqət yetirməyin vacib olduğu qeyd edilir. Bir çox Oğlaq təmir işləri görmək, mənzillə bağlı məsələləri həll etmək və ya köç barədə düşünə bilər.
Bundan əlavə, gözlənilmədən sərfəli maliyyə imkanının yarana biləcəyi iddia olunur. Bununla yanaşı, Xator ailə münasibətlərində bəzi gizli məqamların və hətta aldatma hallarının üzə çıxa biləcəyini bildirir.
Xərçəng
Xərçənglər üçün yaxın ayların karyera baxımından mühüm kəşflər dövrü olacağı qeyd edilir. Astroloqun fikrincə, retrograd Neptun iş yerində səmimi olmayan insanları görməyə və bürc nümayəndələrinin öz peşəkar inkişaflarına hansı hallarda mane olduqlarını anlamağa kömək edə bilər.
Xator hesab edir ki, bu dövr yeni maliyyə ideyalarının və gəlir mənbələrinin yaranmasına səbəb ola bilər. Lakin əvvəlcə baş verənləri obyektiv qiymətləndirmək çətin ola bilər.
Dekabra qədər Xərçənglərə təşəbbüs göstərmək, maaş artımı tələb etmək, yeni iş axtarmaq və ya maraqlı təklifləri dəyərləndirmək tövsiyə edilir.
Tərəzi
Retrograd Neptunun Tərəzilərin gələcək, karyera və sosial çevrə ilə bağlı baxışlarını dəyişəcəyi bildirilir.
Yaxın aylarda bu bürcün nümayəndələrinin kimlərin onları həqiqətən dəstəklədiyini, kimlərin isə sadəcə dost kimi göründüyünü anlaya biləcəyi iddia edilir.
Astroloqun sözlərinə görə, Tərəzilər ətraflarındakı insanların dəyərini daha yaxşı başa düşəcək, lakin onları geriyə çəkən və ya səmimi davranmayan insanlarla münasibətlərdən uzaqlaşmalı ola bilərlər.
Bu qərarın çətin ola biləcəyi qeyd edilir, lakin astroloqlar hesab edir ki, belə addım daha sağlam münasibətlər qurmağa və uzunmüddətli məqsədlərə yönəlməyə imkan verə bilər.//Demokrat.az





Şərhlər