
Cənubi Qafqazda regional əməkdaşlıq formatı olan 3+3 platformasının gələcək fəaliyyəti ilə bağlı yeni açıqlama verilib.
Reportyor.tv xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva 3+3 platforması çərçivəsində xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi üçün Bakı və İrəvan arasında ardıcıllıq məsələsinin razılaşdırılmasını gözləyir.
Onun sözlərinə görə, bu barədə razılıq İstanbulda keçirilmiş əvvəlki nazirlər görüşünün yekununda əldə olunub.
Zaxarova xatırladıb ki, 2026-cı il iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunan platformanın ilk ekspert sessiyasında iştirakçılar əsas diqqətin siyasi mübahisələrə deyil, qarşılıqlı fayda verən konkret iqtisadi layihələrə yönəldilməsinin vacibliyini vurğulayıblar.
Rusiya rəsmisi bildirib ki, Moskva bu yanaşmanı tam dəstəkləyir və 3+3 platformasının məhz praktik iqtisadi əməkdaşlıq istiqamətində inkişaf etməsinin tərəfdarıdır.
Musavat.com






Şərhlər