
DÇ-2026-da həyəcan pik həddədir! İspaniyanın finaldakı rəqibini müəyyən edəcək tarixi qarşıdurma artıq start götürdü.
Reportyor.tv xəbər verir ki, futbol üzrə dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlir. Turnirin ən çox gözlənilən və prinsipial qarşıdurmalarından olan İngiltərə - Argentina yarımfinal matçı start götürüb.
ABŞ-nin Atlanta şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayır.
Bu tarixi qarşılaşmanın qalibi iyulun 19-da baş tutacaq böyük finalda İspaniya millisinin rəqibi olacaq. Xatırladaq ki, bundan əvvəl baş tutan ilk yarımfinal oyununda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya artıq finaldakı rəqibini gözləyir.
Musavat.com






Şərhlər