Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Gömrük Generalı Ehtiram Xəlilov hansı iş üzrə həbs olunub?
Gömrük Generalı Ehtiram Xəlilov hansı iş üzrə həbs olunub?

Səbail rayon məhkəməsində DTX istintaq orqanının vəsatətinə baxılaraq, Cinayət Məcəlləsinin 308, 311.3.2, 311.3.3-cü maddələri ilə Ehtiram Xəlilov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Ehtiram Xəlilov külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui istifadə etməkdə təqsirləndiriıir.
General-mayor Ehtiram Xəlilov Dövlət Gömrük Komotəsi “Azərterminalkompleks” birliyinin rəisi, daha əvvəl isə Aksiz Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
Məlum olub ki, həmin məhkəmədə eyni cinayət işi üzrə hələ bir həftə əvvək Muxtar Məmmədov barəsində həbs seçilib.
Qeyd edək ki, nehrəmli Muxtar Məmmədov adı idxal daşımaçılığı monopoliyasında hallanan məhşur “Şah” Kargo şirkətinin rəhbəri kimi tanınır.

Şərhlər