Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək"
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək"

Ermənistanda Nikol Paşinyanın Azərbaycana mümkün səfəri ilə bağlı sərt fikirlər səslənməkdə davam edir.

Reportyor.tv xəbər verir ki, Erməni ictimai fəalı Alen Qulyan sosial şəbəkə paylaşımında Nikol Paşinyanın Azərbaycana mümkün səfərini tənqid edib.

Qulyan yazıb ki, Paşinyan təkcə Bakıya getməyəcək, həm də Xocalı abidəsi önündə diz çökəcək, Şəhidlər xiyabanında baş əyəcək və ümummilli lider Heydər Əliyevin məzarı önündə göz yaşları axıdacaq.

Qulyan bildirib ki, belə bir addım Ermənistan cəmiyyətinin bir hissəsi tərəfindən tarixi uğur kimi təqdim olunacaq və hakimiyyət tərəfdarları bunu böyük coşqu ilə qarşılayacaqlar.

Onun sözlərinə görə, artıq belə bir ssenarinin mümkünlüyünə şübhə ilə yanaşanların sayı xeyli azalıb.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti