Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » NATO erməni ordusunu Rusiyaya qarşı savaşa hazırlayır – SENSASİON AÇIQLAMA
NATO erməni ordusunu Rusiyaya qarşı savaşa hazırlayır – SENSASİON AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO ilə Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı diqqətçəkən açıqlama verib.

Reportyor.tv xəbər verir ki, Zaxarova keçirdiyi brifinqdə NATO-nun Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüş əməliyyatlarının aparılması üzrə təlim keçəcəyini bildirib.

Onun sözlərinə görə, alyans Ermənistanın hərbi strukturlarını öz proqramlarına daha fəal şəkildə cəlb edir və bu proses regionda təhlükəli tendensiyalar yaradır. Zaxarova qeyd edib ki, belə addımlar Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə deyil, yeni qarşıdurma risklərinin artmasına xidmət edir.

Rusiya rəsmisi vurğulayıb ki, Moskva Ermənistanın NATO ilə əməkdaşlığının genişlənməsini diqqətlə izləyir və bu istiqamətdə baş verən proseslərə xüsusi həssaslıqla yanaşır.

Musavat.com

Şərhlər