Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ

Türkiyənin cənubundakı Adana vilayətində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 20:07-də Kozan rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 20,13 kilometr dərinlikdə yerləşib.
Adana valisi Yavuz Səlim Köşge dağıntı və tələfat barədə məlumatın daxil olmadığını bildirib.
Qeyd edək ki, 2023-cü ilin fevral ayında Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar son 84 ildə ölkə üçün rekord vurub.
Zəlzələ nəticəsində ölkə iqtisadiyyatına dəyən ziyan 2 trilyon lirə və ya 103,6 milyard dollar təşkil edib.

Şərhlər