Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu, Gürcüstanda yox, Rusiyada keçirilən seçki idi - Prezident sakitləşmir
Bu, Gürcüstanda yox, Rusiyada keçirilən seçki idi - Prezident sakitləşmir


Seçkilər seçki institutunun əlindən alındı. Bizi səsvermə hüququndan məhrum etdilər, seçkilər Gürcüstanda deyil, Rusiyada keçirildi.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili brifinqdə bildirib.

Prezidentin sözlərinə görə, bu seçkilərdən sonra heç nə dəyişməsə, ölkədə yeni seçkilərin necə olacağını təsəvvür etmək çox çətindir.

“Vətəndaşlarımız konstitusion səsvermə hüququndan, mühacirlərimiz seçkidə iştirak hüququndan məhrum edili. Mən qanun pozuntularını qeydə alan xarici tərəfdaşlarımıza, müşahidəçilərə çox minnətdaram”, - Zurabişvili bildirib.

Prezident xalqa müraciət edərək deyib ki, onlar qalib gəliblər və heç kimin bu seçkiləri xalqın əlindən almağa haqqı yoxdur.

Zurabişvilinin sözlərinə görə, texnologiya seçki saxtakarlığını ağartmaq üçün istifadə edilib.

"Biz, əslində xalqımıza, ölkəmizə qarşı həyata keçirilən hibrid müharibənin yeni formalarından biri olan Rusiyanın xüsusi əməliyyatının qurbanı olduq", - deyə prezident vurğulayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti