Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Medvedevdən Gürcüstan hökumətinə göstəriş kimi sözlər
Medvedevdən Gürcüstan hökumətinə göstəriş kimi sözlər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev parlament seçkilərindəki nəticələri tanımayan Gürcüstan prezidenti Salome Zurabişvilini kukla adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Medvedev özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Medvedevin sözlərinə görə, “adətən belə hərəkətlərdən sonra onun vəzifəsindən uzaqlaşdırılması və həbsi lazımdır”.

"Gürcüstanın marionet prezidenti seçkilərin nəticələrini qəbul etməkdən imtina edib və dövlət çevrilişinə çağırış edərək konstitusiyaya zidd addım atıb", - deyə Medvedev sözlərini bu cümlə ilə əsaslandırıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti